"Yuventus" 51.3 milyon avroya futbolçu aldı

"Yuventus" 51.3 milyon avroya futbolçu aldı
DÜNYA FUTBOLU 29 Avqust 2024 / 09:25 2896
-  A +

"Yuventus" növbəti transferini  həyata keçirib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Atalanta"dan  Teun Kompeynersi alıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Yuventus" 51.3 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 matçda iştirak edib, 15 qol vurub, 7 qolun ötürməsini verib.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner