"Bayer" PSJ-nin futbolçusunu icarəyə götürdü

"Bayer" PSJ-nin futbolçusunu icarəyə götürdü
DÜNYA FUTBOLU 29 Avqust 2024 / 01:16 2355
-  A +

"Bayer" PSJ-nin müdafiəçisi Nordi Mukieleni transfer edib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, fransalı futbolçu 2024/25 mövsümünün sonuna kimi icarə əsasında Leverkuzen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Nordi Mukiele 2022-ci ilin yayında "Leyptsiq"dən təxminən 20 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunun heyətində 45 matçda meydana çıxıb, 4 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner