"Mançester Siti"nin futbolçusu Joao Kanselonun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçidi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər Portuqaliya millisinin üzvü üçün İngiltərə klubuna 25 milyon avro ödəyib. Onun illik gəliri 15 milyon avro olacaq.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao Kanselo 4 qol vurub.
Xatırladaq ki, Ər-Riyad təmsilçisinin heyətində Neymar, Aleksandar Mitroviç, Xalidu Kulibali, Sergey Milinkoviç Saviç və Ruben Neves kimi ulduz futbolçular da çıxış edir.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?