Siriqunun yeni klubu müəyyənləşdi

Siriqunun yeni klubu müəyyənləşdi
DÜNYA FUTBOLU 24 Avqust 2024 / 16:49 1918
-  A +

İtaliya millisinin heyətində 2020-ci il Avropa çempionu olan Salvatore Siriqunun yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, o, “Palermo”ya transfer olunub. Bu barədə B seriyasının klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperlə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalanıb.

Siriqu "Fatih Karagümrük"dən ayrıldıqdan sonra azad agent kimi "Palermo"ya keçib.

Qeyd edək ki, qapıçı həmçinin PSJ ilə 4 qat Fransa çempionu, "Napoli" ilə isə İtaliya çempionu olub.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner