Beqoviçin yeni klubu rəsmən açıqlandı

Beqoviçin yeni klubu rəsmən açıqlandı
DÜNYA FUTBOLU 23 Avqust 2024 / 15:19 3410
-  A +

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviçin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, bosniyalı qolkiper "Everton"a keçib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiper İngiltərə klubu ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Beqoviç 2021-2023-cü illərdə də "Everton"da çıxış edib.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısında icarə əsasında "Qarabağ"da oynayıb. Onun son klubu "Kuinz Park Reyncers" (İngiltərə) olub.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner