"Liverpul" onu satdı

"Liverpul" onu satdı
DÜNYA FUTBOLU 23 Avqust 2024 / 00:12 1684
-  A +

"Brentford" "Liverpul"un müdafiəçisi Zepp van den Berqi transfer edib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. 

Mətbuatda bu transfer üçün 23,6 milyon avro təzminat ödənildiyi yazılıb.

Van den Berq 2019-cu ildə "Liverpul"a keçib və əsasən icarəyə göndərilib. Niderlandlı oyunçu Mersisayd təmsilçisinin heyətində cəmi 4 matça çıxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner