“FourFourTwo” nəşri İngiltərə Premyer Liqası tarixinin ən yaxşı cinah oyunçularının siyahısını tərtib edib.
QOL.az xəbər verir ki, siyahıya “Çelsi”nin keçmiş futbolçusu, 2017-ci ildən “Liverpul”un formasını geyinən Məhəmməd Salah liderlik edir. İkinci pilləni “Mançester Yunayted”in sabiq oyunçusu Kriştiano Ronaldo, 3-cü yeri isə Son Hın-Min (“Tottenhem”) tutub.
Həmçinin ilk “10-luq”da Eden Hazard (“Çelsi”), Sadio Mane (“Sauthempton”, “Liverpul”), Qaret Beyl (“Southempton”, “Tottenhem”), Robert Pires (“Arsenal”, “Aston Villa”), Rayan Qiqqz (“Mançester Yunayted”), Riyad Mahrez (“Lester”, “Mançester Siti”) və Devid Bekhem (“Mançester Yunayted”) yer alıb.
Qeyd edək ki, Salah “Çelsi” ilə Premyer Liqada 19 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib. 32 yaşlı futbolçu “Liverpul”la yerli çempionatda 350 oyunda 212 qola və 90 qol ötürməsinə imza atıb.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər