Futbol üzrə Albaniya çempionatında yeni mövsüm start götürüb.
QOL.az xəbər verir ki, Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya"da ilk matçına çıxıb.
Komanda səfərdə "Dinamo Siti" ilə qarşılaşıb. Görüşdə "Eqnatiya" 2:0 hesabı ilə qalib gəlib. 47-ci dəqiqədə Dardan Vuthay, 70-ci dəqiqədə isə Reci Luşkya fərqlənib.
Zamiq də oyunda iştirak edib. 23 yaşlı müdafiəçi matça start heyətdə çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Zamiq bu ay "Eqnatiya"ya keçib.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər