"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi İlkay Gündoğanın klubdakı gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb .
QOL.az xəbər verir ki, daha əvvəl mətbuatda futbolçunun Kataloniya təmsilçisini tərk etmək niyyətini məşqçilər heyətinə söyləməsi barədə məlumatlar yayılıb. Klub rəhbərliyi onunsatılmasına qarşı çıxmayıb.
Flik "AS"a açıqlamasında 33 yaşlı oyunçu ilə bağlı deyib: "Bazar ertəsi yüngül zədə aldı, ona görə də onu evdə buraxmaq qərarına gəldik (Gündoğan "Barselona"nın "Valensiya" ilə La Liqanın 1-ci tur matçında (1:2) heyətinə daxil deyildi. - red) . Onunla danışdım. Gündoğanı çox yaxşı tanıyıram, qiymətləndirirəm. İlkayın qalacağına dair hisslərim var".
Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər