“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubuna yay transfer pəncərəsində qoşulan Daniel Olmonun fiziki durumu haqda danışıb.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Olmonun 1-ci turda “Valensiya” ilə qarşılaşmaya hazır olmadığını qeyd edib: “Hazırda onun fiziki durumu ilk matçda oynamaq üçün kifayət deyil. Dani təlim-məşq toplanışına çox gec qoşuldu. Meydanda çıxan hər kəs 100 faiz hazır olmalıdır”.
Qeyd edək ki, “Barselona” La Liqanın ilk matçını sabah “Valensiya”ya qarşı keçirəcək. Oyun Valensiyada yerləşən “Mestalya” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı