"Qarabağ" son 10 ildə avrokuboklarda öz damğasını vurur. Çünki bizim üst səviyyəli klublardan fərqli olaraq "ununu ələmiş, ələyini asmış" transferlər əvəzinə məşhur olmayan, dinamik və məhsuldar oyunçulara üstünlük verir".
QOL.az xəbər verir ki, bu fikirlər türkiyəli məşqçi Naci Şensoya məxsusdur.
“Turan”ın (hazırkı “Turan Tovuz”) sabiq baş məşqçisi "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında səfərdə "Ludoqorets"ə (Bolqarıstan) 7:2 hesabı ilə qalib gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Feysbuk səhifəsində bu barədə paylaşım edən mütəxəssis Türkiyə klublarındakı idarəetməni tənqid edib və "Qarabağ"ı onlara nümunə göstərib:
"Qalatasaray'ın UEFA kubokunu qazandığı komandada cəmi 2-3 əcnəbi var idi. Alınan əcnəbilər də Hacı, Popesku və ya Taffarel kimi keyfiyyətli futbolçular idi. Onlar alınanda yaşları otuzdan keçməmişdi. Bu nailiyyəti əldə etdikdən sonra hədəf Çempionlar Liqası titulu idi. Amma təəssüf ki, Türkiyə futbolu günü-gündən geriləməyə başladı. Düşünürəm ki, yanlış transfer siyasəti əsas problemdir. Liqamızda çempionluq qazanan "Bursaspor" belə, bu səbəbdən müflis olub həvəskar liqaya düşdü.
Son illər transfer işində özümüzü ərəb və ya Çin klubları kimi aparmağa başlamışıq. Adı, karyerası olan yaşlı və faydasız əcnəbiləri, hətta 36-37 yaşlıları transfer etməyə başladıq. Beləliklə, biz sadəcə azarkeşi aldatdıq. Amma "Qarabağ" belə etmədi. Ağıllı insan özünün deyil başqalarının səhvlərindən dərs çıxarandır. Məsələn, "Qarabağ" klubunun rəhbərliyi və baş məşqçisi - köhnə dostum Qurban Qurbanov özünü avropalı kimi aparır və çox rasional transfer siyasəti yürüdür. Ona görə də uğurdan-uğura gedirlər. Bir daha təbriklər, avropalı "Qarabağ".
.
N.Şensoy "Qarabağ"ın avrokuboklardakı bu qələbələrinin həm də siyasi uğur olduğunu bildirib: "Bəli Qarabağ torpaqları qanla alındı. Buna görə bütün şəhidlərə rəhmət diləyirəm, amma unutmaq olmaz ki, "Qarabağ" futbol klubu da yaşıl meydanlarda qeyri-adi təbliğatı ilə Qarabağın Azərbaycanın olduğunu bütün dünyanın, o cümlədən avropalıların şüuruna həkk etdi".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı