“Oyun iki fərqli hissədən ibarət oldu. Birinci hissədə kifayət qədər aktiv oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilməsək də, ilk hissədən razı qaldım. İkinci hissədə hesabı qoruyub saxlamaq hissi futbolçulara daha çox təsir etdi".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 2-ci turunda bu gün "Sumqayıt"la keçirilən ev oyunundan sonra mətbuat konfransında deyib.
1:0 hesablı qələbəni şərh edən türkmənistanlı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib: “Sumqayıt”ın da haqqını vermək lazımdır. Kifayət qədər keyfiyətli futbolçulardan ibarət güclü komandadır. İkinci hissədə çox yaxşı oynadılar. İki güclü rəqibə qarşı oynamışıq. Görünən odur ki, bu oyunlardan sonra üzərində düşünməli olduğumuz məqamlar var. İnşallah getdikcə hər şey yaxşı olacaq".
K.Berdıyev "Turan Tovuz" azarkeşlərinə də təşəkkür edib: "Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar”.

İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"