“Çətin səfər oyun idi. Matça çox ciddi hazırlamışdıq. Yaxşı nəticə qazanmaq istəyirdik. Təəssüf ki, məğlub olduq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev Misli Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan” 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, real qol şanslarından faydala bilmədiklərini bildirib: “Halbuki yaxaladığımız epizodları qola çevirsəydik, nəticə başqa cür ola bilərdi. Ümumilikdə bərabər oyun getdi. Ani diqqətsizlikdən qapımızda qol buraxdıq. İstəməzdik uduzaq. Nəzərə almaq lazımdır ki, yeni komandayıq. Qarşıda 34 tur var. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.
29 yaşlı futbolçu növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Qarabağ”ın heyəti genişdir. Usta futbolçuları var. Həftəarası avrokubok matçına çıxmaları ciddi mənada nəyisə dəyişməyəcək. İstənilən halda “Qarabağ” nə qədər güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. Bu, həm də yeni mövsümdə Şamaxıdakı ilk matçımız olacaq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Öz çıxışını dəyərləndirən A.Nağıyev bildirib ki, "Araz-Naxçıvan"la matçın əvvəlində aldığı sarı vərəqə oyununa təsir göstərib: “Təbii ki, matçın əvvəlində aldığım sarı vərəqə məni ehtiyatlı oynamağa vadar edirdi. Bacardığım qədər diqqətli olmağa çalışdım. İstəmirdim ki, qırmızı vərəqə almaqla komandamı pis vəziyyətdə qoyum. Ona görə də 15-ci dəqiqədən sonra ehtiyatlı oynadım. Hələ ki formamı tam bərpa etməmişəm. Turlar keçdikcə daha yaxşı oynayacağam. Əlimdən gələni edəcəyəm ki, komandama faydalı olum”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL