Portuqaliyalı müdafiəçi Pepe futbolçu karyerasını başa vurması münasibətilə paylaşım edib.
QOL.az xəbər verir ki, sabiq müdafiəçi karyerası ərzində çıxış etdiyi bütün klublara və azarkeşlərə təşəkkür edib:
“Yolumu davam etdirmək üçün mənə müdriklik verdiyinə görə Tanrıya şükür edirəm. Mənə inanan bütün klub prezidentlərinə təşəkkür etməyə bilmərəm. Olduğum bütün klubların bütün əməkdaşlarına təşəkkür edirəm. Məni hər gün daha da böyüməyə və yarışmağa sövq edən bütün komanda yoldaşlarıma, məşqçilərimə minnətdaram. Futbola səyahətimin ruhu olan bütün azarkeşlərə də "çox sağ ol" deyirəm. Bütün dostlarıma və ailəmə, xüsusən də mənim evim olan həyat yoldaşıma təşəkkür edirəm. İndi mən təmiz vicdanla gedə bilərəm. Hamınıza təşəkkür edirəm".
Xatırladaq ki, Pepenin son klubu 2019-2024-cü illərdə çıxış etdiyi "Portu" olub. Pepe 2004-2007-ci illərdə bu komandada oynayıb.
Keçmiş müdafiəçi 2007-2017-ci illərdə "Real"ın formasını geyinib. Bu müddət ərzində o, 334 matça çıxıb, 15 qol vurub, 20 qolun ötürməsini verib. Pepe "Real"la 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə isə İspaniya çempionu olub.
Pepe Portuqaliya millisində 141 oyun keçirib və 8 qol vurub, Avro-2016 və UEFA Millətlər Liqasının (2019) qalibi olub.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"