“Birinci hissədə daha çox taktiki savaşın şahidi olduq. Rəqib əsasən standart vəziyyətlər zamanı təhlükəli olurdu. Birinci hissədə fərqlənmək üçün bir neçə şansımız var idi. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik, rəqib dərhal bundan istifadə etdi və hesabda önə keçdi”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Osiyek”ə qarşı keçirilən ilk oyun barədə danışarkən deyib.
O, 1:1 hesablı heç-heçəni belə şərh edib: "İkinci hissədə meydanda üstün tərəf biz idik. Çalışırdıq ki, nəticəni dəyişək, hesabı bərabərləşdirək. Müəyyən məqamlarda dəqiqlik çatmırdı. Rəqibin səviyyəsini, bacarığını nəzərə alsaq, bu, heç də asan deyildi. Bu gün 0:1 hesabı ilə məğlub olsaydıq belə, düşünürəm ki, hər şey ikinci matçda həll olunacaqdı. Cavab oyununda hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir”.
R.Sadıqov bildirib ki, “Osiyek” istedadlı futbolçulardan yığılmış komandadır: “Çox yaxşı seleksiya işi aparılıb. Gənc, istedadlı, savadlı məşqçiləri var. Onun səviyyəsini bugünkü oyunda hiss edirdik. Nə gözləyirdiksə, onu da meydanda gördük. Futbolçularıma təşəkkür etmək istəyirm. Bu rəqibə qarşı səfər oyununda qarşılıq verdilər. İndi bizi məsuliyyətli cavab oyunu gözləyir”.
“İkinci oyundan gözləntiləriniz nədir?” sualını “Zirə”nin baş məşqçisi belə cavablandırıb: “İndi daha çox çempionatda “Sabah”la oyunu düşünəcəyik. Bizi qarşıda derbi matçı gözləyir. Fikrimizi həmin matça yönəldəcəyik. Daha sonra isə “Osiyek”lə görüşə hazırlaşacağıq. Cavab matçında daha istəkli, daha güclü “Osiyek” gözləyirəm. Biz də rəqibə eyniliklə qarşılıq vermək istəyirik. Ona görə də düşünürəm ki, azarkeşlər üçün çox maraqlı oyun olacaq”.
Sadıqov vurğulayıb ki, müasir futbolda hər bir rəqibə qarşı oynamaq mümkündür: “Azərbaycan futbol cameəsində belə fikir formalaşıb ki, maraqlı oyun gedirsə, hər hansı klubumuz yaxşı nəticə qazanırsa, deməli, bu rəqibə qarşı oynamaq olar. Ümumən müasir futbolda hər rəqibə qarşı oynamaq. Hər şey uğurlu alınsa, TOP ölkələrin favorit komandalarını çıxmaq şərti ilə istənilən rəqiblə matçda yaxşı nəticə əldə etmək olar. Bu gün üçün vacib olan odur ki, ikinci hissədə oyunu bərabərləşdirdik, futbolçular istəkli idilər ki, uduzmayaq. Düşünürəm ki, “Osiyek” çox yaxşı futbolçulardan formalaşmış komandadır. Bu cür rəqiblə başabaş, bəzən üstün oynayan futbolçularıma təşəkkür etmək istəyirəm”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı