"Neftçi"nin futbolçusu Yuri Matias Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz"la oyundan (0:0) sonra QOL.az saytına açıqlama verib.
O, əvvəlcə oyunun istədikləri kimi keçmədiyini bildirib: “Bizim üçün çox çətin idi. Matça hazırlaşanda çalışırdıq ki, baxımlı futbol oynayaq, oyunu müdafiədən quraq. Lakin bu meydanda bunları etmək mümkün olmadı, futbol oynamaq alınmadı. Məcbur olduq ki, uzun ötürmələrlə oynayaq. Bu da rəqibin işini asanlaşdırdı. Buna görə də ilk matçımız çətin keçdi.
Bu haqda çox danımağın mənası yoxdur, amma aydındır ki, meydan bizə kömək olmadı. Türkiyədə təlim-məşq toplanışında baxımlı futbol oynamağa çalışırdıq, amma bu gün bunu edə bilmədik. Nəsə alınmayanda belə biz sona qədər mübarizə aparmalıyıq”.
29 yaşlı braziliyalı müdafiəçi bu mövsüm komandada hamının böyük gözləntiləri olduğunu qeyd edib: “İndi çox gözəl şəraitimiz var. Hamımız bir olmalıyıq, daha çox çalışmalıyıq. Çünki biz “Neftçi”yik. Azərbaycanın ən böyük klubuyuq. Ona görə də rəqibdən asılı olmayaraq, qalib gəlmək məcburiyyətindəyik”.
Y. Matias “Bu mövsüm çempionluq uğrunda mübarizə aparan “Neftçi”ni görə biləcəyikmi?” sualına belə cavab verib: “Neftçi”də oynayırsansa, həmişə çempionluğu hədəf almalısan. Çünki “Neftçi” böyük klubdur. Düzdür, ötən mövsüm uğursuz oldu. Amma biz qalib gəlsək də, məğlub olsaq da “Neftçi” əbədi olaraq böyük qalacaq. Ona görə də biz tam gücümüzü qoymalıyıq və kluba layiq olmalıyıq. Hamımız çempion olmaq istəyirik. Bilirik ki, çətin olacaq. Çünki rəqiblərimiz güclüdür. Amma rəqibdən asılı olmayaraq biz çalışmağa davam edəcəyik. Ancaq yaxşı çalışaraq nəyəsə nail ola bilərik. Bu il bir neçə oyunçu ilə də gücləndik. Amma fərq eləmir, gələn olacaq ya yox. Yenə də bir olub, mübarizə aparmalıyıq.
O, öz oyununu da dəyərləndirib: “Düzünü desəm, özüm haqqında deyə bilmərəm ki, çox yaxşı oyun keçirdim. 1-dən 10-a qədər götürsək, deyərdim ki, 7-dilik oyun göstərdim. Bəzən lazımi qədər konsentrasiya olmadım. Ara ötürmələri verməyi xoşlayıram, amma tam istədiyim kimi alınmadı. Mübarizə aparmağa da çalışdım. Ona görə deməzdim ki, çox yaxşı oyun göstərdim, orta idi”.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu