“Qarşılaşma çətin alındı. “Turan Tovuz” yaxşı müdafiə olunurdu. Sona qədər rəqib müdafiəsini yarmaq mümkün olmadı. Təəssüf ki, lazım olan qolu vura bilmədik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Misli Premyer Liqasının ilk turunda “Turan Tovuz”la bərabərə (0:0) qaldıqları oyun barədə danışarkən deyib.
Ərzurum toplanışında yoxlama oyunlarında ardıcıl iki qələbə qazanan “Neftçi” çempionata heç-heçə ilə start verdi. Fransız yarımmüdafiəçi bunun səbəbini belə izah edib: “Hazırlıq oyunları ilə rəsmi matçlar eyni deyil. Çalışacağıq ki, təlim məşq toplanışında etdiklərimizi rəsmi görüşlərdə də təkrarlayaq. “Turan Tovuz”la matçda tətbiq etmək istədiklərimiz bəzən alınırdı, bəzən yox”.
O, “Neftçi”nin ideal formasına çatması üçün nə qədər zamana ehtiyac duyulduğu barədə sualı cavablandırmaqda çətinlik çəkib: “Mövsüm öncəsi yaxşı toplanış keçmişik. İnanıram ki, oyundan oyuna daha yaxşı vəziyyətdə olacağıq”.
27 yaşlı futbolçu ötən mövsümlə müqayisədə “Neftçi”də ciddi dəyişikliklər olduğunu söyləyib: “Ötən mövsümkü komanda ilə indiki “Neftçi” arasında böyük fərq var. Yeni baş məşqçi gəlib. Onun tapşırıqlarına, yeni sistemə uyğunlaşmaq üçün zamana ehtiyacımız var”.
Lebon qeyd edib ki, mövsümün sonunda komandası çempion da ola bilər: “Qarabağ”a qarşı yaxşı mübarizə aparsaq, hər şey mümkündür. Mövsüm uzundur, hər şey ola bilər. Lakin indiki halda oyundan oyuna vəziyyətimizə baxmalıyıq”.
O, “Neftçi Arena”nın qazonundan narazılığını ifadə edib: “Qazonun durumu yaxşı deyildi. Qapıçıdan hücumçuya kimi hamı üçün çətin idi. Belə qazonda oynamağı heç kim xoşlamaz”.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu