“Sabah”ın qapıçısı Yusif İmanov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Makkabi”ni (Hayfa) penaltilər seriyasında məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az 22 yaşlı qapıçının müsahibəsini təqdim edir:
- 120 dəqiqəlik dramatik oyun və penaltilər seriyası. Gərgin qarşılaşmanı necə şərh edərdin?
- Oyun çox çətin keçdi. Dəhşətli dərəcədə temp var idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək qoymadılar, 120 dəqiqə dəstək oldular. Çox sağ olsunlar.
- Qapında 6 qol görsən də, kritik qurtarışların da oldu. Öz çıxışını necə dəyərləndirirsən?
- Əlimdən gələni etdim. Çalışdım ki, komandama köməm edim. Bəzi epizodları çıxarda bilərdim. Qismət olmadı.
- Penalti seriyasında həyəcan var idi?
- Xeyr, özümə inanırdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, oyunda penalti qaytaracam. Çox şükür ki, oyunsonrası penaltilər seriyasında bunu bacardım.
- Maraqlıdır ki, rəqibin bütün penaltiləri zamanı eyni istiqamətə - özündən sola tullanırdın...
- Bəli. Stratetigaya seçmişdim ki, bütün zərbələrdə ancaq eyni tərəfə tullanacam.
- Matçın gedişində tez-tez komanda yoldaşlarına narazılıq edirdin, qışqırırdın. Bu, nədən irəli gəlirdi?
- Biz oyundan öncə danışmışdıq ki, arxaya oturmaq olmaz. Rəqibi öndə qarşılaşamalıyıq. Lakin “Makkabi” çox aqressiv başladı oyuna. Komanda məcbur geri çəkilmişdi. Mən də komanda yoldaşlarımı motivasiya etmək üçün tez-tez qışqırırdım.
- İkinci hissədə “Makkabi” ardıcıl qollar vuranda ümidsizliyə qapılmamamışdınız ki?
- Açığı, bir az ümidsizlik oldu. Lakin çox şükür ki, tez ayıldıq.
- Növbəti rəqib “Sent-Patriks”dir. İrlandiyalılarla qarşılaşmalardan gözləntin nədir?
- Əlimizdən gələni edəcəyik ki, bu mərhələni də keçək. Növbəti tura yüksəlmək üçün hər iki matçda bütün gücümüzü meydanda qoyacağıq.
- “Makkabi” ilə duellərdən fərqli olaraq, bu dəfə cütün favoriti “Sabah” sayılır.
- Belə düşünmürəm. Ümumiyyətlə, favorit yalnız kağız üzərində olur. Gördüyünüz kimi, püşkdən öncə “Makkabi” favorit hesab edilirdi. Lakin mərhələni adlayan tərəf biz olduq.
- Artıq Misli Premyer Liqasında yeni mövsüm start götürür. Sıx qrafik sizə problem yaratmayacaq?
- Düşünmürəm ki, hər hansı problem yaşayaq. Əksinə, oyunlara daha yaxşı motivasiya olacağıq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər