"Sabah"ın futbolçusu Jesse Sekidika UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" ilə keçiriləcək cavab oyunu haqda fikirlərini bildirib.
QOL.az xəbər verir ki, nigeriyalı hücumçu bu gün keçirilən mətbuat konfransında qeyd edib ki, ilk görüşdəki 3:0 hesablı qələbəyə görə arxayənlaşmaq olmaz:
“Mən də baş məşqçimizin dediyi ilə razıyam. Səfərdə qazandığımız qələbə bizi arxayınlaşdıra bilməz. Rəqib çox güclüdür. Biz də yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah mərhələni keçən tərəf biz olacağıq".
"Qalatasaray"ın sabiq futbolçusu istəyinin qrup mərhələsinə qədər irəliləmək olduğunu da deyib: "Şəxsi hədəfimə gəlincə, mənim üçün yaxşı olardı ki, komandamızı qrup mərhələsində görək. Komandamızın uğur qazanması üçün əlimdən nə gəlirsə, etməyə çalışacağam”.
Qeyd edək ki, avqustun 1-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Makkabi" qarşılaşmas saat 20:00-da başlayacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri