Həvəskar futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca XXV Azərbaycan birinciliyinə yekun vurulub.
QOL.az xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksinin stadionunda əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. Şirvanın “Şirvan OİK” komandası Bakı təmsilçisi “Dirçəliş”i 3:2 hesabı ilə məğlub edərək, bürünc mükafata yiyələnib. Ardından Mingəçevirin “Ulduz” və Ağcabədinin “Olimpiya” kollektivləri finalda üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçda qalib penaltilər seriyası ilə müəyyənləşib. Bu zərbələri daha dəqiq yerinə yetirən “Olimpiya” (4:2) Həvəskarlar Liqasının 2023-2024-cü il mövsümünün qalibi olub.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub. Bundan başqa, I, II və III yerin sahibi olan komanda müvafiq olaraq 5000, 3000 və 2000 manat mükafat alıblar.
Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katib Füzuli Nəcəfov və futbol veteranı Asif Əliyev təqdim ediblər.
Qeyd edək ki, həvəskar futbolçulardan ibarət komandalar arasında Azərbaycan Kubokunun final oyunu avqustun 11-də Ağcabədi Olimpiya İdman Kompleksində keçiriləcək.
Yuxarı
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı