Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov Rusiyanın sport24.ru saytına açıqlamasında deyib. O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib.
“Dünən axşam Kurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. “Turan” Kurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".
S.Nəsibov bildirib ki, böyük bir layihə qururlar: "Kurban Berdıyevin qarşısına çoxlu məqsəd qoymuşuq. Birincisi, komandanın Azərbaycan çempionatında uğurlu çıxışı və Konfrans Liqasına vəsiqə qazanması. Məşqçi akademiyamızla işləməyə xüsusi diqqət yetirəcək. Berdıyev bizə yeni klub qurmağa və komandamızın gələcək uğurları üçün yaxşı zəmin yaratmağa kömək edəcək".
Qeyd edək ki, K.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü