“Qalib gəlmək üçün ilk növbədə səhvlərdən qaçmaq və sona qədər nizam-intizamı qorumaq lazımdır. Rəqibin hərəkətindən asılı olmayaraq, öz oyun planımıza sadiq qalmalıyıq”.
QOL.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Salih Özcan Avro-2024-də Gürcüstana qarşı keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.
Dortmund “Borussiya”sının 26 yaşlı yarımmmüdafiəçisi deyib ki, bu, onun üçün özəl bir gün olacaq:
“Xüsusən də klubumun (“Borussiya” Dortmund - red.) stadionunda oynayırıq. Azarkeşlərin bizi final fitinə qədər irəli səsləməsi bizim üçün çox vacibdir.
Azarkeşlərimiz komandamızın üstünlüyüdür. Biz sanki öz doğma meydanımızda oynayacağıq. Stadiondakı atmosfer bizə kömək etməlidir. Mən Almaniyada doğulub böyümüşəm. Amma özümü türk hiss edirəm. Buna görə də Türkiyə millisini seçmişəm və bu qərarımdan çox məmnunam”.
Salih Özcan deyib ki, bugünkü matç onlar üçün xüsusi olacaq: “Biz turnirə yaxşı başlamaq istəyirik. Lakin çətin matç olacağını düşünürəm. Biz intizamlı oynamalı və səhvlərdən qaçmalıyıq. Əgər planımıza əməl etsək, qalib gəlməliyik”.
Xatırladaq ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə