Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.
QOL.az xəbər verir ki, Sahil Babayev boksçuların Paris-2024 Yay Olimpiya Oyunlarına beş çəki dərəcəsində lisenziya qazanmasını yüksək qiymətləndirib. O, əsas hədəfin boksçuların Parisdə qızıl medal qazanması olduğunu vurğulayıb.
Boks üzrə milli komandanın Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.
Boks üzrə millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçuların məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək 33-cü Yay Olimpiya oyunlarında 5 boksçumuz – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqo (92 kq), Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.


Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı