"Çelsi" yeni baş məşqçisinin adını açıqlayıb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin edilib. 44 yaşlı mütəxəssislə 5+1 illik müqavilə imzalanıb.
İtaliyalı Mareskanın son klubu “Lester” olub.
Xatırladaq ki, mayın 21-də “Çelsi” Maurisio Poçettino ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlamışdı. Premyer Liqanın son mövsümünün yekununda London təmsilçisi 63 xal toplayaraq 6-cı olub.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər