“İnanılmaz hisslər keçirirəm. Heç vaxt inanmazdım ki, 10 qat ölkə çempionu olacam”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.
Ağdam klubunun çempionluğunu şərh edən təcrübəli futbolçu “Qarabağ”ın tarixinin bir parçası olmaqdan qürur duyduğunu bildirib: “Hər çempionluq daha qiymətli olur. Xüsusən də sən karyeranın sonuna yaxınlaşırsansa. Çünki düşünürsən ki, bu, sənin üçün sonuncu çempionluq ola bilər. “Qarabağ”ın, bu tarixin bir hissəsi olmaqdan qürur duyuram. Dayanmaq istəmirəm. Hələ də özümdə güc hiss edirəm. Bu mövsüm biz sübut etdik ki, böyük klublara qarşı oynaya bilərik. Daha da inkişaf etmək, gələcəkdə azarkeşlərimizi daha da çox sevindirmək istəyirik”.
33 yaşlı futbolçu “Qarabağ”ın qazandığı uğurların səbəbini belə izah edib: “Bütün bunlar bizim baş məşqçimizin əməyidir. Sona 8 tur qalmış çempionluğumuzu təmin etsək də, Qurban Qurbanov bizdən yenə də dayanmamağı, daha da yaxşı olmağı, inkişaf etməyi, formada qalmağımızı istəyirdi. Çünki azca arxayınlaşan kimi rəqiblər bundan istifadə edir. Sonradan yenidən toparlanmaq heç də asan olmur. Buna görə də bütün bunlar ilk növbədə məşqçilər korpusumuzun əməyidir. Özünüz də görürsünüz ki, bu gün “Qarabağ”da bütün oyunçular inkişaf edir, hamı qol vurur”.
B.Hüseynov iyunun 2-də “Zirə”yə qarşı keçiriləcək ölkə kubokunun finalından da söz açıb: “Rəşad Sadıqov əla komanda formalaşdırıb. “Zirə” bu mövsüm ən az qol buraxan kollektivlərdən biridir. Onlara qarşı oynamaq çətindir. Çünki həm bizi yaxşı tanıyırlar, həm də etibarlı müdafiə olunmağı bacarırlar”.
“Qarabağ”ın müdafiəçisi finalda şansların bərabər olduğunu qeyd edib: “Şanslar 50-nin 50-yədir. Final cəmi 1 görüşdən ibarətdir. Matça çox ciddi yanaşmalıyıq. Çünki “qızıl dubl” etmək istəyirik”.
Bədavi Hüseynov vurğulayıb ki, yeni mövsümdən avrokubokların formatı dəyişsə də, “Qarabağ” üçün heç nə dəyişməyib: “Çünki yenə də qrupa düşmək üçün 4 mərhələ ("Real" ÇL-in finalında "Borussiya"ya qalib gəlsə, 3 mərhələ - red.) adlamaq lazımdır. Çempionlar Liqasındakı kollektivlərin çoxu tanış rəqiblərdir. Hər oyun həlledici ola bilər. Səhv etməyə ixtiyarımız yoxdur. İndi yalnız təsnifat mərhələsi barədə düşünürük. Formatı dəyişən qrup mərhələsi barədə isə yalnız ora vəsiqə qazandıqdan sonra danışa bilərik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı