"Sumqayıt" Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasobv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu.
- Avrokuboklarda hədəfiniz nə olacaq?
- İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq.
- Sizi göndərən "Neftçi" artıq avrokuboklardan kənarda qalıb. Onların düşdüyü durum haqda nə düşünürsünüz?
- "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü "Neftçi" olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər.
- Bəlkə həmin layihədə çatışmayan Samir Abasovdur?
- Samir Abasov "Sumqayıt"ın baş məşqçisidir. Fikirləşirəm ki, "Neftçi"yə lazım deyiləm. Zaur Əzizov dedi ki, səninlə müqavilə bağlamırıq, biz Avropa səviyyəli məşqçi istəyirik. Düşünürəm ki, "Neftçi"yə daha səviyyəli məşqçilər lazımdır. (sportal.az)
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür