Bu gün Misli Premyer Liqasında sonuncu - 36-cı tur start götürüb.
QOL.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib. Bununla da 2-4-cü yerləri tutanların adına aydınlıq gəlib.
“Sabah” səfərdə “Neftçi”yə (1:0), “Zirə” öz meydanında “Səbail”ə (1:0), “Sumqayıt” isə “Qəbələ”yə (1:0) qalib gəlib. Bu nəticədən sonra “Zirə” çempionatı 58 xalla 2-ci, “Sabah” 3-cü (58 xal), “Sumqayıt” isə 57 xalla 4-cü yerdə başa vurub. “Neftçi” 56 xalla 5-ci olub və avrokuboklardan kənarda qalıb.
Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.
25 may (şənbə)
19:00. “Zirə” – “Səbail” - 1:0
Qol: Qismət Alıyev, 57 (1:0)
Qırmızı vərəqə: Valdemar Almeyda, 70 ("Səbail")
Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” – “Sabah” - 0:1
Qol: Namik Ələsgərov, 86 (0:1)
Qırmızı vərəqə: Dieqo Valdez, 89 ("Neftçi"), Kahim Parris, 89, Con İrasabal, 89 (hər ikisi "Sabah")
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Qəbələ” - 1:0
Qol: Erik Sorqa, 52 (1:0)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
26 may (bazar)
17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 35 | 26 | 4 | 5 | 95-35 | 82 |
| 2 | Zirə | 36 | 16 | 10 | 10 | 33-22 | 58 |
| 3 | Sabah | 36 | 17 | 7 | 12 | 50-40 | 58 |
| 4 | Sumqayıt | 36 | 15 | 12 | 9 | 37-38 | 57 |
| 5 | Neftçi | 36 | 16 | 8 | 12 | 51-40 | 56 |
| 6 | Turan Tovuz | 35 | 12 | 9 | 14 | 52-53 | 45 |
| 7 | Səbail | 36 | 11 | 9 | 16 | 50-60 | 42 |
| 8 | Kəpəz | 35 | 9 | 8 | 18 | 39-66 | 35 |
| 9 | Araz-Naxçıvan | 35 | 9 | 8 | 18 | 29-48 | 35 |
| 10 | Qəbələ | 36 | 7 | 5 | 24 | 30-64 | 26 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür