"Hələ ki, qələbənin şokundan ayıla bilmirəm. Mən dünya çempionuyam! Həm Avropa, həm də dünya çempionuyam. Düzdür, çempionluğu gözləyirdim. Dünya çempionatlarında hər dəfə yarımfinal görüşlərində uduzurdum. Finala çıxanda da gözlərim doldu. Amma finalda özümü saxlaya bilmədim. 10 saniyə qalmış rəqibi atdım. Dəhşət hisslərdir, sözlə ifadə edə bilmərəm".
QOL.az xəbər verir ki, bu sözləri cüdo üzrə dünya çempionu olan Hidayət Heydərov deyib.
O, Abu-Dabiyə gələndən çempionluğu fikirləşdiyini söyləyib: "Çünki nəyin bahasına olur-olsun, mən çempion olmalıydım. Yıxılanda da elə hiss edirdim ki, mən yıxılmamışam, durub atmalıyam. Elə də oldu. Beynimdə uduzmağı heç fikirləşmədim. Ancaq qələbəni düşündüyüm üçün rəqibi atdım. Belə final gözləyirdim. Finalda da yaponiyalını udmaq istəyirdim".
H.Heydərov Tatsuki İşiharaya (Yaponiya) qalib gəldiyi final görüşü ilə bağlı daha sonra söyləyib: "Rəqibi atanda bilirdim ki, ippondur. Dedim birdən vazari olar. Təkrara baxanda gördüm ki, ippondur. Ancaq o anı gözləyirdim ki, ipponu versinlər, sevinim.
Bu fəndi həmişə kritik anlarda edirəm. Fikirləşirdim ki, onu atacam. Amma fikirləşmirdim ki, vazari xalından sonra o fəndi edəcəm".
Dünya çempionunun sözlərinə görə, bu tarixi tək özü yazmayıb: "Mənim arxamda duran Elnur Məmmədli sağ olsun ki, həmişə mənə inandı. Həmişə mənə dedi ki, sən dünya çempionu olacaqsan. Dohada uduzanda ağlayanda o mənə dəstək oldu ki, biz birlikdə dünya çempionu olacağıq. Yıxılanda da onun udacağımızla bağlı dediyi sözlər yadıma düşdü. Udanda da ağlaya-ağlaya dedim ki, mən dünya çempionu oldum. O da mənə dedi ki, biz bunu bacardıq.
Tarix yazdım. İnşallah, bir dənə tarix qalıb, Paris-2024. Bu yola çıxandan demişəm, həm Avropa, həm dünya, həm Olimpiya çempionu olub, Azərbaycan tarixinə 1 nömrə kimi düşəcəyəm".
Yuxarı
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi