"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun "Vest Hem Yunayted"lə oyunundan (3:1) sonra Yurgen Kloppun "Liverpul"dan ayrılmasına toxunub.
QOL.az xəbər verir ki, mütəxəssis çempionluğu rəsmiləşdirdikləri oyunun ardından təşkil edilən mətbuat konfransında bu barədə danışarkən qəhərlənib.
“Onun üçün çox darıxacağam... Yurgen Klopp həyatımın həqiqətən vacib hissəsi idi. O, məni məşqçi kimi növbəti mərhələyə apardı. Bir-birimizə inanılmaz hörmətimiz var...Onun qayıdacağını hiss edirəm".
Qeyd edək ki, Yurgen Klopp bir neçə ay əvvəl mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. O, 2015-ci ildən "mersisaydlılar"ı çalışdırır. Qvardiola isə 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Kloppla Qvardiola 8 ildir Premyer Liqada bir-birinə rəqibdir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da