Vüsalın komandası Superliqaya yüksələ bilər

Vüsalın komandası Superliqaya yüksələ bilər
DÜNYA FUTBOLU 12 May 2024 / 12:51 3201
-  A +

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında 34-cü tur oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda son turunda "Çorum"a 2:1 qalib gəlib. Vüsal görüşdə meydana çıxmayıb. O, ehtiyatda qalıb.

Qələbə sayəsində "Boluspor" xallarının sayını 53-ə çatdırıb və mövsümü 7-ci pillədə başa vurub. Bununla da "Boluspor" Superliqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq. 

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

Qeyd edək ki, 1-ci liqada lider olan “Eyüpspor” və 2-ci yeri tutan “Göztepe” Superliqaya birbaşa vəsiqə qazanıblar.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner