"Bavariya" Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la cavab matçına ciddi itki ilə çıxacaq.
QOL.az xəbər verir ki, komandanın hücumçusu Serj Qnabri bu matçı buraxacaq.
Almaniyalı futbolçu "Arsenal"la ötən gecə keçirilən ilk oyunda (2:2) zədələnib. Qollardan birinin müəllifi olan Qnabri 70-ci dəqiqədə oyunu davam etdirə bilməyib. Münhen klubunun baş məşqçisi Tomas Tuhel futbolçunun ayağının arxa əzələsində problem olduğunu və onun "Arsenal"la cavab matçında meydana çıxa bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, "Bavariya"nın "Arsenal"la cavab matçı aprelin 17-də Münhendə keçiriləcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu