"Eskişehirspor" baş məşqçisi Önder Karaveli ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Maraqlıdır ki, Önder Karaveli bu vəzifəyə cəmi 27 gün əvvəl təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi son matçda - Regional Həvəskarlar Liqasında "Karadeniz Ereğli Belediyespor"la görüşdə heç-heçə edib. Çempionluq üçün mübarizə aparan "Eskişehirspor"un bu nəticəsi kritik xal itkisi hesab olunub.
"Eskişehirspor" bu mövsüm keçirdiyi 22 matçdan sonra 46 xal toplayıb. Komanda hazırda 3-cü pillədədir. Turnir cədvəlinə "1926 Polatlı" liderlik edir. "Alaplı Belediyespor" isə 2-cidir.
Qeyd edək ki, Önder Karaveli 2019-2021-ci illərdə "Qarabağ" U-19-un baş məşqçisi olub. 2021/22 mövsümündə "Beşiktaş"ın əsas komandasının baş məşqçisi işləyib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”