Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, “Fənərbaxça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 2-ci dəqiqəsində meydanı tərk edib.
Matçın 1-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Mauro İkardi hesabıə açıb. Meydana U-19 komandasının futbolçuları ilə çıxan "Fənərbaxça" 2-ci dəqiqədə qarşılaşmanı davam etdirməkdən imtina edib. "Sarı-lacivertli"lər meydandan çıxıb. "Fənərbaxça" Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib
Görüşün baş hakimi isə qarşılaşmanı yarımçıq dayandırmalı olub.
Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacağı bildirilib. "Fənərbaxça"ya texniki məğlubiyyət veriləcəyi, "Qalatasaray"ın qalib elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, "Fənərbaxça" bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi hallara görə Türkiyə Superliqasında iştirakdan imtina etmək istəyir. Bugünkü hadisə də “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsi ilə bağlıdır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”