"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.
QOL.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvü özü məlumat verib. O, "Qarabağ"da xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:
"Fransadan - Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".
Qeyd edək ki, 29 yaşlı yarımmdafiəçi 2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"