Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi

Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
XƏBƏR 27 Mart 2024 / 18:44 1089
-  A +

Zaqreb “Dinamo”sunun futbolçuları EFDN (İnkişaf Naminə Avropa Şəbəkəsi) təşkilatının həyata keçirdiyi “İrqçiliyə qırmızı vərəqə göstər” beynəlxalq kampaniyasına dəstək veriblər.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqreb təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də kampaniyaya qoşulub.

Qeyd edək ki, M. Emreli 2022-ci ilin fevralından "Dinamo"da çıxış edir. O, bu mövsüm 22 matçda 5 qol vurub, eyni sayda qolun ötürməsini verib.


Son xəbərlər