İngiltərə millisinin düşərgəsini tərk etdi

İngiltərə millisinin düşərgəsini tərk etdi
DÜNYA FUTBOLU 25 Mart 2024 / 00:28 1844
-  A +

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə millisinin düşərgəsini tərk edib. 

QOL.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

31 yaşlı oyunçu martın 23-ü Braziliya ilə yoldaşlıq matçının  67-ci dəqiqəsində zədələnib. Görüşdən sonra o, tibbi müayinədən keçib və nəticələrə əsasən, millinin heyətindən çıxarılıb. 

Martın 26-da İngiltərə millisi Londondakı “Uembli” stadionunda Belçika ilə yoxlama oyunu keçirəcək.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner