24 yaşlı futbolçu məşq zamanı vəfat etdi

24 yaşlı futbolçu məşq zamanı vəfat etdi
DÜNYA FUTBOLU 24 Mart 2024 / 21:56 3322
-  A +

Boliviyanın "Real Santa-Kruz" klubu faciə ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın hücumçusu Gilyermo Denis Beltran dünyasını dəyişib.

24 yaşlı forvard səhər məşqi zamanı yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılsa da, onun artıq vəfat etdiyi məlum olub.

Kolumbiyalı hücumçu ürək çatışmazlığından dünyasını dəyişib.

Gilyermo Denis Beltran "Real Santa-Kruz"da 24 oyuna çıxıb, 1 qol vuru və 3 qol ötürməsi edib.

Daha çox


Son xəbərlər
topaz banner