"Barselona"nın prezidentindən Haaland açıqlaması

"Barselona"nın prezidentindən Haaland açıqlaması
DÜNYA FUTBOLU 23 Mart 2024 / 17:59 3940
-  A +

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin futbolçusu Erlinq Haalandla maraqlandıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o deyib:

“Bizim belə böyük alışlara ehtiyacımız yoxdur. Yayda transfer bazarı üzərində işləyəcəyik, amma yüksək profilli transferlər gözləmirəm. Diqqətimizi komanda oyunçularına yönəldəcəyik. Bizim prioritetimiz hazırkı komandaya güvənməkdir, harmoniyamızı poza biləcək oyunçularla müqavilə bağlamaq istəmirik”.

Qeyd edək ki, daha əvvəl Erlinq Haalandın nümayəndələrinin “Barselona”nın idman direktoru Deko ilə görüş keçirdiyi barədə xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner