FİFA-nın prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Trabzonspor" - "Fənərbaxça" matçından (2:3) sonra baş verənlərlə bağlı danışıb.
QOL.az xəbər verir ki, sözügedən matçın final fiti səsləndikdən sonra qalmaqal yaşanıb. "Fənərbaxça" futbolçuları qazandıqları qələbəni qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar.
İnfantino isə açıqlamasında həmin azarkeşlərin cəzalandırılmalı olduğunu vurğulayıb:
“Superliqanın “Trabzonspor” – “Fənərbaxça” matçından sonra edilən bu zorakılıq tamamilə qəbuledilməzdir. İstər meydanda, istərsə də meydandan kənarda. İdmanda və cəmiyyətimizdə belə hadisələrə yeri yoxdur. Mən bunu əvvəllər demişdim və yenə də deyirəm - futbolda hər bir futbolçu dünyada bir çox insana böyük sevinc gətirən bu oyunu oynamaq üçün təhlükəsiz olmalıdır. Mən aidiyyatı qurumları bütün səviyyələrdə bu qaydaya əməl olunmasını təmin etməyə və Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıram”.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayaraq məsələ ilə əlaqədar araşdırmalara başladıqlarını bildirmişdi.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi