"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 27-ci turunun "Səbail"lə matçından (3:0) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, bu qələbənin onun komandasına əlavə güvən verəcəyini söyləyib:
"Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Biz və "Səbail" açıq futbol oynadıq. Hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur".
O, hücum və müdafiədə xəttindəki problemlər haqda da danışıb: "Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək".
Mütəxəssis "Forza Neftçi"nin komandanın oyunlarını boykot etməsindən də söz açıb: "Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın".
Miodraq Bojoviç "Azərbaycan futbolu haqqında təəssüratınız dəyişibmi" sualını da cavablandırıb: "Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər".
Baş məşqçi komandanın, kapitan Emin Mahmudovun oynamadığı görüşlərdə qələbə qazanması haqda bunları deyib: "Məncə, bu sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq haqda da soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımızdır, vacib futbolçumuzdur. Onun oynaması bizim üçün xoşdur".
"Neftçi" martın 23-də "Spartak"la yoxlama oyunu keçirəcək. Miodraq Bojoviç həmin oyuna da toxunub: "Spartak" yaxşı rəqibdir. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq".
O, "İkinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək" sualını bu cür cavablandırıb: "Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır".
Sonda mütəxəssis "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski haqqında da fikirlərini bölüşüb: "Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov