Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal" - "Portu" cavab oyunundan sonra xoşagəlməz hal baş verib.
QOL.az xəbər verir ki, "Portu" ilk görüşdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında eyni hesabla uduzub. Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Bu vaxt "Arsenal" daha dəqiq davranıb və 1/4 finala adlayıb - 4:2.
Oyundan sonra "Portu"nun baş məşqçisi Serxio Konseysao ilə "Arsenal"ın çalışdırıcısı Mikel Arteta arasında gərginlik yaşanıb. Arteta rəqib komandanın baş məşqçisini təhqir edib.
Serxio Konseysao matçdan sonra bu haqda danışıb. Mütəxəssis Artetanın onun ailə üzvlərini təhqir etdiyini söyləyib:
“Arteta ailəmi ispan dilində təhqir etdi. Ona dedim ki, təhqir etdiyi adam artıq həyatda deyil. Qoy o, komandasının məşqi ilə məşğul olsun. Çünki onun komandasının daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyətləri var”.
Arteta özü isə jurnalistlərə açıqlamasında bu məsələyə şərh verməyəcəyini deyib.
Qeyd edək ki, “Porto”nun baş məşqçisi S.Konseysao həmçinin 2021-ci ildə Çempionlar Liqasının matçından sonra “Çelsi”nin baş məşqçisi Tomas Tüheli də onu təhqir etməkdə günahlandırmışdı.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir