Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.
QOL.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün "İdman səfirləri” seçilib. Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqda və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər:
Fəridə Əzizova - taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Aliyə Paşayeva - bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;
İlqar Qurbanov - müxtəlif illərdə İstanbulun “Fənərbaxça”, Lənkəranın "Xəzər Lənkəran" futbol komandalarında, Türkiyənin gənclərdən ibarət milli komandasında və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub, hazırda futbol üzrə Azərbaycan milli komandasının skautudur;
Orxan Səfərov - 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;
Xəyyam Orucov - milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi.
Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov