“Prinsipial oyun idi. “Neftçi” ilə matçlarımız həmişə maraqlı keçir. Bu qarşılaşma da istisna olmadı”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın kapitanı Bədavi Hüseynov deyib.
Təcrübəli müdafiəçi Misli Premyer Liqasının 25-ci turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni belə şərh edib: “İlk hissə tam istədiyimiz kimi keçmədi. Amma fasilədən sonra oyun daha gərgin idi. Çoxlu hücum edirdik. Hesabda önə keçdikdən sonra daha açıq oyun getdi. Yekunda qalib gəldik. Artıq “Bayer”lə oyunu düşünməliyik. Bugünkü görüş həmin matçdan öncə yaxşı təcrübə idi”.
B.Hüseynov matçın taleyini vurduqları 3-cü qolun həll etdiyini qeyd edib: “Neftçi” fərqi azaltdıqdan sonra təzyiqi daha da artırdı. Hesab 1:2 olanda onlar ard-arda təhlükəli künc zərbələri yerinə yetirirdilər. Buna görə də sona kimi matç çox gərgin alındı. Arxayınlaşmadıq, sona qədər mübarizə apardıq. Vurduğumuz üçüncü qol həlledici oldu”.
O, 25 turdan sonra ikinci pillədəki "Səbail"dən 23 xal öndə olmalarına belə münasibət bildirib: “Bəli, fərq çoxdur. Amma arxayınlaşmaq olmaz. Avropada da çıxışımızı davam etdiririk. Eləcə də ölkə kuboku var. Hər matça maksimum dərəcədə köklənmək lazımdır”.
B.Hüseynov “Bayer”lə görüşdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib: “Rəqib çox güclüdür. 30-dan çox oyundur ki, uduzmurlar. Daha əvvəl də onlara qarşı oynamışıq. Artıq “Bayer” bizim üçün tanış rəqibdir. Üstün tərəflərini bilirik. Əlimizdən gələni edəcəyik. Rəqibə layiqli müqavimət göstərməliyik. Vuruşacağıq, bütün gücümüzü meydanda qoymalıyıq”.
“Qarabağ”ın müdafiəçisi “Bayer” ilk məğlubiyyətini Bakıda ala bilərmi?” sualını belə cavablandırıb: “Niyə də yox? Bütün fikrimizi yalnız qələbəyə yönəltmişik”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi