"Bizim üçün çox vacib və dəyərli oyundur. Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu üçün bu gün təşkil edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Braqa" haqda əlavə məlumata ehtiyac yoxdur: "Portuqaliyada da demişdim ki, ilk matçın nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım Bakıda daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.
Baş məşqçi komandada zədəli futbolçu olmadığını bildirib.
Q.Qurbanov "Braqa" rəhbərliyinin futbolçuların qarşısına Bakıda qələbə qazanmaqla bağlı tələb qoymasının gözlənilən olduğunu qeyd edib: "Başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, rəhbərliyin fikri inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalı, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçulara malikdirlər. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun tərzləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. Biz özümüzü sırf oyuna hazırlamışıq.
"Qarabağ"ın çalışdırıcısı qeyd edib ki, bu cür oyunlarla həm futbolçuları, həm də futbol ictimaiyyəti böyüyür: "Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bu, bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox lazımdır. Belə oyunlarla futbol ictimaiyyəti böyüyür. Hamı bir yerə yığışır. Uğur da öz yerində. Mənim üçün vacib olan azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da artısın. Bu, uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq sabah uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür".
Xatırladaq ki, "Qarabağ" - "Braqa" matçı fevralın 22-si yerli vaxtla saat 21:45-də başlanacaq. Bu komandaların səfərdəki ilk matçında Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb. Növbəti mərhələyə adlamaq üçün "Braqa" 3 top fərqi ilə qələbə qazanmalıdır.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi