Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Turan Tovuz" bununla da xallarının sayını 29-a çatdırıb və 6-cı pilləyə yüksəlib.
"Sumqayıt" isə "Zirə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. "Zirə" artıq 9-cu oyundur ki, qalib gələ bilmir.
Günün son oyununda "Nefçi" səfədə "Araz-Naxçıvan"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Naxçıvan təmsilçisi bundan əvvəlki 4 turda qələbə qazanmamışdı.
Bugunkü nəticələrdən sonra "Sumqayıt" 2-ci pillədəki yerini bir qədər möhkəmləndirib. "Neftçi" və "Zirə" 32 xalla 3-cü, 4-cü yerləri bölüşdürür.
13 fevral (çərşənbə axşamı)
19:30. “Araz-Naxçıvan”– “Neftçi” - 1:0
Qol: Orxan Əliyev, 90+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”
17:15. “Zirə” – “Sumqayıt” 0:0
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Zirə İK stadionu
15:00.“Turan Tovuz” – “Qəbələ” - 2:1
Qollar: Aleks Souza, 43 (1:0), Ayxan Quseynov, 53 (2:0), BileI Auaşeriya, 72 (2:1)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu,
11 fevral (bazar)
“Qarabağ” – “Sabah” - 3:3
12 fevral (bazar ertəsi)
“Kəpəz” – “Səbail” - 1:4
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 22 | 16 | 3 | 3 | 55-20 | 51 |
| 2 | Sumqayıt | 22 | 9 | 8 | 5 | 23-25 | 35 |
| 3 | Neftçi | 22 | 9 | 5 | 8 | 25-21 | 32 |
| 4 | Zirə | 22 | 8 | 8 | 6 | 14-12 | 32 |
| 5 | Səbail | 22 | 8 | 6 | 8 | 32-33 | 30 |
| 6 | Araz-Naxçıvan | 22 | 8 | 6 | 8 | 24-26 | 30 |
| 7 | Turan Tovuz | 22 | 8 | 5 | 9 | 36-33 | 29 |
| 8 | Sabah | 22 | 7 | 7 | 8 | 30-26 | 28 |
| 9 | Kəpəz | 22 | 5 | 5 | 12 | 18-37 | 20 |
| 10 | Qəbələ | 22 | 4 | 3 | 15 | 15-39 | 15 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 8 qol
Aleksandr Ramalinqom ("Səbail") - 8 qol
Pedro Nuno ("Səbail") - 7 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 7 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq