Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib
QOL.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edib. Dramatik məcrada keçən görüşdə qapılara 6 qol vurulub. Görüşün baş hakimi Rəvan Həmzəzadə oyunda 4 penalti təyin edib. Bol qollu oyunda hesab 3:3 olub.
Sözügedən komandalar bu ay Azərbaycan kubokunun 1/4 finalında da üz-üzə gəliblər. Ağdam təmsilçisi 2 oyunun nəticəsinə (7:1, 3:4) əsasən yarımfinala yüksəlib.
Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.
22-ci tur
11 fevral (bazar)
19:00. “Qarabağ” – “Sabah” - 3:3
Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Tofiq Bəhramov adına Respublika Stadionu
12 fevral (bazar ertəsi)
15:00. “Kəpəz” – “Səbail”
Qəbələ şəhər stadionu
13 fevral (çərşənbə axşamı)
15:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu
17:15. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
19:30. “Araz-Naxçıvan” –“Neftçi”
“Dalğa Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 22 | 16 | 3 | 3 | 55-20 | 51 |
| 2 | Sumqayıt | 21 | 9 | 7 | 5 | 23-25 | 34 |
| 3 | Neftçi | 21 | 9 | 5 | 7 | 25-20 | 32 |
| 4 | Zirə | 21 | 8 | 7 | 6 | 14-12 | 31 |
| 5 | Sabah | 22 | 7 | 7 | 8 | 30-26 | 28 |
| 6 | Araz-Naxçıvan | 21 | 7 | 6 | 8 | 23-26 | 27 |
| 7 | Səbail | 21 | 7 | 6 | 8 | 28-32 | 27 |
| 8 | Turan Tovuz | 21 | 7 | 5 | 9 | 34-32 | 26 |
| 9 | Kəpəz | 21 | 5 | 5 | 11 | 17-33 | 20 |
| 10 | Qəbələ | 21 | 4 | 3 | 14 | 14-37 | 15 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 14 qol
Aleksandr Ramalinqom ("Səbail") - 7 qol
Pedro Nuno ("Səbail") - 7 qol
Yassin Benzia ("Qarabağ") - 7 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Hamidu Keyta ("Qarabağ") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 6 qol
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq