"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun - 2:3) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, turnirdə mübarizəni dayandırmaqlarına baxmayaraq, futbolçularından razı qaldığını bildirib: “Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Komanda çox yaxşı oynadı. Futbolçularımızın bəziləri zədəli idi. Ona görə də sistemimizi də dəyişdik. Futbolçularımın qələbə qazanmaq istəyini gördüm. Rəqibi təbrik edirəm, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Baş məşqçi cəmi 9 gün ərzində "Neftçi" ilə 3 dəfə qarşılaşmaqlarının yorucu olmadığını söyləyib: "Zərrə qədər də yorucu olmadı. “Neftçi” digər oyunları da bu heyətlə oynamışdı. Oyun üslubu da eyni idi. Məşqçilər olaraq çətinlik çəkmədik. Uşaqların bu 3 oyunu eyni tonusda saxlaması çox xoş idi. Futbolçularım mərhələni keçmək istəyirdi. Amma bu vaxta qədər futbolçularımın göstərdiyi oyun zövq verdi".
Mütəxəssis ölkə kubokunda mübarizəni dayandırmaqlarının Premyer Liqada rahat mübarizə aparmaqlarına səbəb olub-olmayacağı barədə suala bu cür cavab verib: "Yüngüllük olacaq. İki gün bərpaya getsə, cəmi bir günümüz qalacaq. Özü də vacib oyuna çıxacağıq. Hər şey bu oyunla bitməyəcək".
S.Abbasov mərhələ adlamamaqlarının səbəbini belə izah edib: "Məğlubiyyəti heç nə ilə əlaqələndirmirik. Səmimi olmağa çalışıram. Deyim ki, bəzi vəziyyətlərdə rəqiblə bağlayım. Bununla da əlaqələndirməzdim. Rəqibi təbrik edirəm. Amma bunu rəqibə də bağlamazdım ki, ona görə uduzduq. Sadəcə, birinci oyundakı səhvlərimiz bu yerə çatdırdı. Bu oyunda da qalib gələ bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oyunumuz göründü. "Sumqayıt" bu yolu tutubsa, qələbə də, məğlubiyyət də olacaq. Yeni komanda üçün çətindir. Komandan bu cür oynamağa başlasa, ondan sonra rəqiblərə çətin olar".
S.Abasov "Bəzi epizodlarda hakim sizin əks-hücumlarınızın qarşısını aldı..." fikrinə münasibət bildirib: "Yanımda dayanan dördüncü hakimə təşəkkür edirəm. Bu gün məni anladı. Mən edən etirazlara razı idi. Etiraz etdiyim məqamlar var idi, 4-cü hakim haqlı olduğumu söyləyirdi, amma onların da öz kriteriyaları var".
Mütəxəssis bu qış transfer pəncərəsində oyunçu transfer etməməkləri haqda da danışıb. O, heyətə azad agent olan futbolçular cəlb edib-etməyəcəkləri ilə bağlı söyləyib: "Çox çətin durumdayıq. Bu suala mənə gəlir. Azad agent statusunda olan futbolçular hansı səviyyədədir? O qədər oyunçu təklif edilir ki. Skandinaviya ölkələrində liqa noyabrda bitib. Fiziki durumları bizə kömək edəcək? Axtarışdayıq. Bura gəlməmişdən qabaq da iki oyunçuya təklif etdilər, baxa bilməmişik. Amma yenə baxacağıq. Kasad heyətlə problemlər yaşaya bilərik. İlin bu problemlər gözə görünmürdü. Bu, rəqiblərlə bağlı ola bilərdi. Amma gözə görünəcək. Bütün komandalar oyunlarda mübarizə aparır. Problem yaşayacağıq. Yoxdursa, təslim olmayacağıq".
S.Abasov sonda "Çempionat matçından sonra demişdiniz ki, futbolçular oyunda qalib gələcəklərinə dair mənə söz vermişdilər. Bəs həmin söz bu oyundan öncə də verilmişdi" sualını cavablandırıb: "Ad günü ərəfəsi idi. Uşaqlar da kubok oyununda 2 qol vurduqdan sonra motivasiyalı idi. Stadion təmirdən çıxmışdı, oyunumuza çox adam gələcəkdi, yükləmişdik onları. Onlar da bizə söz vermişdi. Həmin oyunu futbolçular çıxardı. Həmin oyunla əlaqəm yox idi. Amma məşqçi də oyunlarda ortaya çıxmalıdır. Əfsuslar ki, bunu edə bilmədim".
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər
Federasiyaya yeni baş katib təyin edilib
Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"
“Orada həyatıma təhlükə yüksək idi” - “Zirə”nin legioneri
UEFA “Barselona”nı cərimələyib
“Nyukasl”dan Bakı səfəri ilə yeni paylaşım - Video
Zidanın yeni iş yeri ilə bağlı iddia
Renat oynadı, komandası qalib gəldi
Superliqada 23-cü tura start verildi
“Sumqayıt” - “Qəbələ” matçında qalib aşkarlanmadı - Video
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov