"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellayni karyerasını başa vurduğunu açıqlayıb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. 36 yaşlı futbolçunun son klubu Çinin "Şandunq"u olub.
Fellayni əvvəllər “Mançester Yunayted”, “Everton” və “Standard”də çıxış edib. O, Belçika millisində 87 oyunda 18 qol vurub.
Futbolçu "Mançester Yunayted"lə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə Superkubokunu və Avropa Liqasını qazanıb .
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi