“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, baş məşqçi Xavinin istefaya göndərilməsi haqda düşünməyib.
QOL.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
J. Laporta Xavinin istefaya göndərilməsinin mümkünlüyü haqda belə deyib: “Belə fikirlərim olmayıb. Xavi qovulmağa buna layiq biri deyil. Mən onu klubdan çıxarmazdım. O, klubumuzun uğuruna inanan birinci insandır. Biz dəsmalı rinqə atmamışıq, hələ də La Liqada, Çempionlar Liqasında mübarizə aparırıq. Kifayət qədər yaxşı heyətimiz var ki, “Napoli” ilə oyunda qələbə qazanaq”.
Xatırladaq ki, yanvarın 27-si “Vilyareal”a məğlub olduqdan sonra (3:5) Xavi bu mövsümün sonu klubdan gedəcəyini açıqlayıb. O, “Barselona”ya 2021-ci ilin noyabr ayından rəhbərlik edir.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi