Rahil Məmmədov Polşa klubunda daha bir oyun keçirdi

Rahil Məmmədov Polşa klubunda daha bir oyun keçirdi
DÜNYA FUTBOLU 31 Yanvar 2024 / 01:05 3265
-  A +

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov LKS-nin (Polşa) heyətində növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda qış təlim-məşq toplanışı çərçivəsində Serbiya təmsilçisi “Radniçki” ilə qarşılaşıb.

Görüş 1:1 hesabıyla başa çatıb. Məmmədov meydana start heyətdə çıxıb və 30-cu dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.

Qeyd edək ki, Rahil bu ay "Qarabağ"dan Polşa klubuna keçib. Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

LKS - “Radniçki” - 1:1

Qollar: Sezeliqa, 16 (0:1), Kosiç, 17 (1:1)

Daha çox


Son xəbərlər